Bu günə gözlənilən hava şəraiti

Bu günə gözlənilən hava şəraiti
  08 Sentyabr 2016    Oxunub:1415
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 08-də bəzi yerlərdəşimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti