İsmayıllıda evləri su basıb

İsmayıllıda evləri su basıb
  08 Sentyabr 2016    Oxunub:1613
Son günlər Azərbaycanın bəzi rayonlarına aramsız yağan yağışlar fəsadlara yol açıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunda yağan yağışlar səbəbindən yaşayış evlərinə və həyətyanı sahələrə suyun dolması barədə məlumat daxil olub. Dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və suçəkmə işləri aparılması təmin edilib.

Əməliyyat saat 22:30-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti