Bakıda 53 yaşlı kişi 23 yaşlı qızı qaçırdı

Bakıda 53 yaşlı kişi 23 yaşlı qızı qaçırdı
  09 Sentyabr 2016    Oxunub:13983
Bakıda 23 yaşlı qızın qaçırılması ilə bağlı polisə müraciət edilib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsinə müraciət edən Fazilə Şükürova (ad və soyadlar şərtidir) 23 yaşlı qızı Aynurun qaçırıldığını bildirib. O, qızını evlənmək məqsədi ilə qaçıran şəxsin 1963-cü il təvəllüdlü olduğunu deyib.

Şikayətçi həmin şəxsin və qızının adını, eləcə də xarakterik əlamətlərini təqdim edib.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti