Baş həkim ana ölümünün səbəbini açıqladı
“Ana sentyabrın 7-də səhər saatlarında qeysəriyyə əməliyyatına alınıb. Uşaq köndələn gəlişi olub. Lakin bir gün sonra onun halı pisləşib. Təcili yardımla Bərdə rayon Mərkəzi Xəstəxanasından və Bakıdan həkimlər çağrılıb, xəstə dünən ikinci dəfə əməliyyata alınıb. Bütün cəhdlərimizə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Lakin doğulan qız uşağı salamatdır”.
Baş həkimin sözlərinə görə, N.Quliyeva 4-cü hamiləliyini keçirirmiş. A.Hüseynov hamilə qadının epilepsiya xəstəsi olduğunu deyib: “Nurlana Quliyeva Ağcabədidə qalsa da Bərdədə həkim yanına gedirmiş. Baş həkim kimi sentyabrın 1-dən bura təyinat almışam. Xəstənin xəstəlik tarixçəsini araşdırdıq, məlum oldu ki, həkimə vaxtında getməyib. Ginekoloq onu qəbula çağırsa da, vaxtlı-vaxtında gedib müayinələrdən keçməyib və müalicələrini almayıb”.
Hazırda meyit təşrihə verilib və ondan sonra xəstənin hansı səbəbdən öldüyü bilinəcək.
Aytən Zəhra
AzVision.az