Masallıda istirahət mərkəzi yanıb

Masallıda istirahət mərkəzi yanıb
  10 Sentyabr 2016    Oxunub:1913
Masallıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Masallı şəhərində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 72 m2 olan lambirdən ibarət 3 otaqlı kotecin 2 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 50 m2 sahədə yanıb.

Kotecin qalan hissəsi, yaxınlıqdakı digər koteclər və meşə ərazisi yanğından mühafizə olunub.

Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti