`13 yaşımdan çəkəniyəm, onunla yaşayıram` - Narkoman (VİDEO)

`13 yaşımdan çəkəniyəm, onunla yaşayıram` - Narkoman (VİDEO)
  10 Sentyabr 2016    Oxunub:1972
Bakı şəhəri Xəzər RPİ-yə həyətyanı sahəsində narkotik xassəli çətənə kolları əkib becərən Heydər Pirimov barəsində məlumat daxil olub.
AzVision.az -ın Region TV-yə istinadən məlumatına görə, Polis əməkdaşları onun yaşadığı evə baxış keçirərkən oradan 26 ədəd çətənə kolu aşkarlayıblar.

İdarədə dindirilən Pirimov ilkin ifadəsində 40 ildir narkotik vasitələrdən istifadə etdiyini deyib: "20-22 dənə idi, ya da neçə dənə idi. Gəldilər, tutdular. Mən özüm onu 13 yaşımdan çəkirəm. Çəkəniyəm mən. Bir il əkirəm, 2-3 il çəkirəm özüm üçün, vəssalam. Mən onunla yaşıyıram. Özüm də xəstəyəm. Ciyərlərim də xəstədir".



AzVision.az


Teqlər:





Xəbər lenti