Gəncədə iki, Samuxda isə bir nəfər bıçaqlanıb - VİDEO
Digər bıçaqlanan şəxs isə Gəncə sakini 17 yaşlı Asiman Səfərovdur. O, qarın nahiyəsindən iki bıçaq yarası alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan yaralının vəziyyəri ağırdır.
Bəxtiyar Əliyev- həkim: “Gəncə şəhər sakini qarnın daxilə keçən kəsilmiş- deşilmiş yarası ilə gətirilib. Təxirə salınmaz əməliyyat aparılıb. Ümumi vəziyyəti keçirilən əməliyyata uyğundu, reanimasiya şöbəsinə yerləşdirilib”.
Samuxda da analoji hadisə yaşanıb. Rayon mərkəzində 32 yaşlı Amin Namazov bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan özəl xəstəxanalardan birinə göndərilib.
Məharət Kərimov- həkim: “Sol diz nahiyəsinin bıçaqlanması, kəskin alkoqol sərxoşluğu, sağ göz ətrafının göyərti və şişkin hematoması ilə xəstə gətirilmişdi. Xəstə dava-dalaş zəminində xəsarət alıb”. Qeydə alınan hər 3 faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: