1 gündə 6 qəza, 5 ölü

1 gündə 6 qəza, 5 ölü
  10 Sentyabr 2016    Oxunub:1283
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 83 cinayət faktı qeydə alınıb. Onların da 28-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 28 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 55 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti