Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  11 Sentyabr 2016    Oxunub:1234
Bu gecə Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata əsasən, yanğın Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında baş verib.

Həmin binada yaşayan vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan hamamın plastik qapısı və lambirindən ibarət tavanı deformasiyaya uğrayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti