14 yaşlı oğlanı maşınla vurub qaçdı

14 yaşlı oğlanı maşınla vurub qaçdı
  11 Sentyabr 2016    Oxunub:1641
Göygöldə piyadanı avtomobil vurub.
Hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü Aslan Tağıyev yolu keçən zaman markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü avtomobillə qəza yerindən qaçıb. Müxtəlif bədən xəsarətləri alan 14 yaşlı oğlan Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti