Qızını yandıran ana qaçıb - Yenilənib
V. Quliyeva ailənin yeganə övladı olub. Atası Füzuli Quliyev Rusiyaya işləmək üçün gedib.
Hazırda hüquq-mühafizə orqanları övladını yandıran B. Qasımovanı axtarır.
Xatırladaq ki, 2002-ci il təvəllüdlü Vüsalə Fizuli qızı Quliyeva bədənin ağır dərəcəli yanığı xəsarəti ilə Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilsə də, ötən axşam 12 yaşlı qız dünyasını dəyişib. (Apa)
***
Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib.
AzVision.az "Reporta"istinadən xəbər verir ki, 12 yaşlı qız anası tərəfindən diri-diri yandırılaraq qətlə yetirilib.
İlkin məlumata görə, qızın adı Vüsalə Quliyevadır. Hadisənin qızın evdən xəbərsiz pul götürməsi üstündə baş verdiyi, cinayəti törədən qadının isə ruhi xəstə olduğu bildirilir.
AzVision.az