Göygöldə avtomobil yanıb

Göygöldə avtomobil yanıb
  11 Sentyabr 2016    Oxunub:1504
Göygöl rayonun Balçılı kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti