Şabranda 50 hektar ərazi yanıb

Şabranda 50 hektar ərazi yanıb
  13 Sentyabr 2016    Oxunub:1297
Şabran rayonunda yanğın hadisəsi baş verib.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Leyti kəndində bələdiyyəyə məxsus dağlıq ərazidə 45 ha sahədə kol-kos və 5 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti