Göygöldə ağır yol qəzası, 4 yaralı

Göygöldə ağır yol qəzası, 4 yaralı
  14 Sentyabr 2016    Oxunub:1661
Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var.
Hadisə yolun 378-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “VAZ 21011” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü 1964-cü il təvəllüdlü Hamlet Musayev və “KİA”da olan, Şəmkir rayon sakinləri 1971-ci il təvəllüdlü Mübariz Lətifoğlu, 1990-cı il təvəllüdlü Mirmahmud Əliyev və 1991-ci il təvəllüdlü İsmət Rzayev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti