Bakıda 4 nəfər maşının altında qaldı - 3 ölü

Bakıda 4 nəfər maşının altında qaldı - 3 ölü
  14 Sentyabr 2016    Oxunub:2490
Bu gecə Bakıda 3 piyada yol qəzasının qurbanı olub.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Məhəmmədi kəndində 1988-ci il təvəllüdlü Səfərov Anar Möhübbət oğlu idarə etdiyi "AzSamand" ilə 3 nəfəri vurub. Nəticədə 1991-ci il təvəllüdlü Salmanov Ərzuman Hidayət oğlu və 1988-ci ildə anadan olmuş Əliyev Elçin Zirəddin oğlu hadisə yerindəcə keçinib. Ağır xəsarət alan 1991-ci il təvəllüdlü Zahidov Elbrus Ağanəzər oğlu isə xstəxanaya yerləşdirilib.

Oxşar hadisə Sabunçu rayonu Birinci Zabrat qəsəbəsində də baş verib. Şəhər şosesində Əliyev Fikrət Yusif oğlunun sürdüyü "VAZ 2107"nin altında qalan 1964-cü il təvəllüdlü Əliyev Zahir Natiq oğlu vəfat edib. Hər iki faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti