Ötən ay 190 nəfər qidadan zəhərlənib

Ötən ay 190 nəfər qidadan zəhərlənib
  14 Sentyabr 2016    Oxunub:1807
Azərbaycanda bu ilin avqust ayı ərzində 75 qida zəhərlənməsi faktı qeydə alınıb.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən AzVision.az-a verilən məlumata görə, ümumlikdə isə ötən ay ərzində 190 nəfər qidadan zəhərlənib.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 2 botulizm hadisəsi nəticəsində 2 nəfər botulizmlə xəstələnib.

Qida zəhərlənmələri əsasən ev şəraitində hazırlanan qidalardan, kustar üsulla hazırlanmış konservləşdirilmiş məhsullardan baş verib.

Avqust ayı zəhərlənmələrin sayına görə digər aylardan fərqlənib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti