Bakıda ağır qəza, 2 ölü

  14 Sentyabr 2016    Oxunub : 608
Bakıda ağır qəza, 2 ölü
Paytaxtda baş verən yol qəzasında iki piyada ölüb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçunun Məhəmmədi kəndində kənd sakini Anar Səfərov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurub. Nəticədə A.Salmanov və E.Əliyev hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az

Teqlər: