Şəmkirdə 3 otaqlı ev yanıb

Şəmkirdə 3 otaqlı ev yanıb
  15 Sentyabr 2016    Oxunub:1153
Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Qaraqoyunlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqdan ibarət evin yanar konstruksiyaları və damına yığılmış 2,5 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti