Oğlunu görə bilməyən şəhidin ad günüdür - Fotolar

Oğlunu görə bilməyən şəhidin ad günüdür - Fotolar
  15 Sentyabr 2016    Oxunub:16390
Bu gün aprel döyüşlərində şəhid olan leytenant Qabil Orucəliyevin doğum günüdür.
AzVision.az-ın məlumatına görə, Qabil Orucəliyev 15 sentyabr 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olub. O, 2006- cı ildə Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseyə daxil olub. 2009-cu ildə liseyi bitirən Qabil, elə həmin il H.Əliyev adına AR Ali Hərbi Məktəbinə qəbul olub.



Qabil Orucəliyev 2013-cü ildə oranı leytenant hərbi rütbəsi ilə bitirib. O, peşəkarlığını artırmaq məqsədi ilə 2013-2014-ci illərdə AR SQ-nin TTM-də təkmilləşdirmə kursu keçib.



2014- cü ildə Qabil Orucəliyev xidməti fəaliyyəti üçün Naftalan şəhərində yerləşən N saylı hərbi hissəyə göndərilib. 4-5 ay xidmət edəndən sonra Tərtərin Borsulu kəndi istiqamətində post komandiri olaraq xidmətini davam etdirib.



Qabil Orucəliyev bu ilin aprel ayında cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə ağır yaralanaraq şəhid olub.



Ölümündən əvvəl mart ayının 29-da şəhid leytenatın oğlu dünyaya gəlib. Şəhid olan zabitimizə övladını görmək qismət olmayıb. Övladına şəhidin adı qoyulub.

Allah rəhmət eləsin!

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti