Bakıda iki uşaq faciəli şəkildə ölüb

Bakıda iki uşaq faciəli şəkildə ölüb
  15 Sentyabr 2016    Oxunub:2130
Bakıda daha bir azyaşlı faciəli şəkildə ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 14-də Paytaxtın Nizami rayonunda 3 yaşlı Fərid Hüseynov evlərinin eyvanından (5 mərtəbəli binanın 3-cü mərtəbəsindən) yıxılıb. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Bunadan başqa sentyabrın 14-də Xəzər rayonunun Qala kəndində 1 yaşlı Zeynəb Quliyeva kanalizasiya quyusuna yıxılıb. Uşağın meyiti oradan çıxarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti