Qazaxda partlamamış hərbi sursat tapılıb

Qazaxda partlamamış hərbi sursat tapılıb
  16 Sentyabr 2016    Oxunub:1176
Qazax rayonunun Kəmərli kəndində partlamamış hərbi sursat aşkarlanıb.
ANAMA-dan AzVision.az-a daxil olan məlumata görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatında bildirilir.

Kəmərli kəndi - 1 ev və həyətyanı sahədə 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (82 mm-lik minaatan mərmi O-832DU) aşkar edilərək götürülmüş, nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 15 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 479 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 35 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti