XİN rəhbəri Qarabağın qaytarılmasından danışdı

XİN rəhbəri Qarabağın qaytarılmasından danışdı
  24 Sentyabr 2016    Oxunub:1445
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, həmçinin qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının təmin edilməsi təkcə Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verməyəcək, eyni zamanda tamhüquqlu regiondaxili əməkdaşlığı gücləndirəcək.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, regionda uzun sürən münaqişələr həll olunmadan, təhlükəsizlik və sabitlik təmin edilmədən ECO hərtərəfli regional əməkdaşlığın faydasından bəhrələnməkdə uğursuzluğa düçar olacaq.

“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalının davam etməsi iqtisadi inkişaf üçün hələ də qeyri-sabitlik və maneə mənbəyi olaraq qalır”, - deyə o vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti