Ağsuda sərnişin avtobusu yanıb

Ağsuda sərnişin avtobusu yanıb
  20 Oktyabr 2016    Oxunub:1310
Ağsuda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağsu şəhərində vətəndaşa məxsus “Mercedes” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonu qismən yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti