Metroda problem - Sərnişinlər qatardan boşaldıldı

Metroda problem - Sərnişinlər qatardan boşaldıldı
  18 Noyabr 2016    Oxunub:4325
“Bu gün saat 10:30 radələrində “Həzi Aslanov”-“Dərnəgül” istiqamətində 22 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranıb”.
Bunu AzVision.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, “Nəriman Nərimanov” stansiyasında sərnişinlər qatardan boşaldıılıb və qatar baxış üçün depoya göndərilib: “Bundan sonra nasazlıq yaranan qatarın yerinə başqa qatar xəttə buraxılıb”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti