Türkiyə vətəndaşı Naxçıvanda qəza törədib

Türkiyə vətəndaşı Naxçıvanda qəza törədib
  03 Dekabr 2016    Oxunub:1984
Türkiyə vətəndaşı Naxçıvanda ölümlə nəticələnən yol qəzası törədib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 1-də saat 21 radələrində Sədərək rayonu ərazisində Türkiyə vətəndaşı Engin Kenan idarə etdiyi "Renault" markalı avtomobili yolun kənarında dayanmış rayon sakini Asəf Əliyevə məxsus "QAZ-3110" markalı avtomobilə vurub. Avtomobil zərbədən yaxınlıqda dayanmış A.Əliyevə, həmyerliləri Murad Qasımova və Rauf Qaybalıyevə dəyib.

Qəzada A.Əliyev, M.Qasımov, R.Qaybalıyev və E.Kenanın 1 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan A.Əliyev dekabrın 2-də orada ölüb. Naxçıvan MR DİN DYPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti