Leyla Əliyevadan anasına təbrik: “Səni çox, lap çox sevirik”

Leyla Əliyevadan anasına təbrik: “Səni çox, lap çox sevirik”
  26 Avqust 2017    Oxunub:17986
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva anası, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, Leyla Əliyeva ürək sözlərini sosial şəbəkədəki hesabında yazıb:

“Dünyanın ən ideal, gözəl, xeyirxah, səmimi, ağıllı və ləyaqətli qadını – anamı ad günü münasibətilə təbrik edirəm.

Ana, sənə ən xoş arzularımı bildirirəm. Səni çox, lap çox sevirik. Təbriklərə görə, hamıya minnətdaram. Allah hamınıza bol sevinc bəxş etsin, bütün arzularınız yerinə yetsin!”.

Qeyd edək ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCOvə İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.



AzVision.az


Teqlər: Mehriban-Əliyeva   Leyla-Əliyeva  





Xəbər lenti