Elmar Məmmədyarov Vyetnam və Laosa gedəcək

Elmar Məmmədyarov Vyetnam və Laosa gedəcək
  11 Sentyabr 2017    Oxunub:1784
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına və Laos Xalq Demokratik Respublikasına rəsmi səfər edəcək.
Azərbaycan XİN-dən AzVision.az-a verilən məlumata görə, Elmar Məmmədyarov 12-16 sentyabr tarixlərində Vyetnam Sosialist Respublikası və Laos Xalq Demokratik Respublikasında rəsmi səfərdə olacaq.

Səfər əsnasında xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam və Laosun xarici işlər nazirləri və digər rəsmi şəxslər ilə görüşəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Vyetnam   Laos  





Xəbər lenti