Məktəblilər hər gün 800 metrlik dağa dırmanırlar - Fotolar

Məktəblilər hər gün 800 metrlik dağa dırmanırlar - Fotolar
  09 Noyabr 2017    Oxunub:2654
Çinin Siçuan əyalətinin dağlıq Atuler kəndində yaşayan şagirdlər məktəbə getmək üçün hər gün 800 metr hündürlüyə malik dağı dırmanaraq aşmaq məcburiyyətindədirlər.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Şagirdlərin sıldırım dağı dırmanaraq aşması üçün yüzlərlə pillədən ibarət nərdivan hazırlanıb. Şagirdlər bu təhlükəli yolu təxminən 1.5 saata qət edə bilirlər.

72 ailənin yaşadığı kənddə ərazi dağlıq olduğundan məktəb inşa etmək üçün yetərli sahə yoxdur.

Kəndlilər indiyə qədər dağı dırmanaraq aşmağa çalışan 8 nəfərin öldüyünü, bir çoxunun isə yaralandığını bildirirlər.

Uşaqların fotolarını çəkən fotoqraf Çen Jie bildirir ki, gördüyü mənzərədən şoka düşüb və bu şəkillərin kəndin acı taleyini dəyişdirəcəyini ümid edir.

Çen qeyd edir ki, Atuler kəndinin sakinləri gündəlik 1 dollardan az pul qazanaraq yaşamlarını davam etdirməyə çalışırlar: “Çox kasıbdırlar. Hər evdə iki və ya üç yataq görə bilərsiniz. Mebelləri ümumiyyətlə yoxdur. Müasir dövrdə bunlar necə mümkün ola bilər?”

Kənan Məmmədov
AzVision.az


Teqlər: Çin   Məktəblilər  





Xəbər lenti