Bu gün Masazırda işıq olmayacaq

Bu gün Masazırda işıq olmayacaq
  22 Dekabr 2017    Oxunub:1154
110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq, bu gün saat 12.00-dan 15.30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə AzVision.az-a “Azərişıq” ASC-dən məlumat verilib. Yaranmış narahatlığa görə, “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

AzVision.az


Teqlər: Azərişıq  





Xəbər lenti