Rumıniya ilə hərbi əməkdaşlıq müzakirə edilib

Rumıniya ilə hərbi əməkdaşlıq müzakirə edilib
  29 Dekabr 2017    Oxunub:1254
Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 29-da Əfqanıstandan Azərbaycan üzərindən tranzitlə öz ölkəsinə qayıdan Rumıniyanın milli müdafiə naziri Mihai-Viorel Fifor ilə görüşüb.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.



İşçi nahar zamanı keçirilən görüşdə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti