Azərbaycan Mərakeş Müqaviləsinə qoşulur
Müqavilə ilə nəzərdə tutulmuş yeni hüquqiçərçivə kor və digər görmə əlilliyi olan şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat verir, belə şəxslər üçün əsərlərin mümkün əlçatımlı formatlarda çatışmazlığının aradan qaldırılmasına və bu nüsxələrin transsərhəd mübadiləsinə imkan yaradır.
Mərakeş Müqaviləsində iştirak ölkəmizin bu sahədə beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, eləcə də bu kateqoriyadan olan insanların cəmiyyətə daha sıx inteqrasiya edilməsinə və onların potensialından istifadənin səmərəsinin artırılmasına kömək edəcək, eyni zamanda müəlliflərin hüquqlarının səmərəli qorunması və geniş ictimaiyyətin maraqları arasında, xüsusən təhsil, tədqiqat və informasiya almaq sahəsində balansın yaradılmasına ehtiyacı və belə balansın kor və digər görmə əlilliyi olan şəxslərə münasibətdə nəzərə alınmasını təmin edəcək.
Qeyd edək ki, cari il iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. Azərbaycan Mərakeş Müqaviləsinə qoşulan 42-ci ölkə olur. Azərbaycan Respublikası üçün bu müqavilə 2018-ci il dekabrın 24-dən qüvvədə olacaq.
AzVision.az
Teqlər: Agentlik Mərakeş Müqavilə