“Karantin rejiminin sərtləşdirilməsi zəruri idi” - Adil Qeybulla

 “Karantin rejiminin sərtləşdirilməsi zəruri idi” -  Adil Qeybulla
  19 İyun 2020    Oxunub:4416
Sərt karantin rejiminin zəruriliyi xəstəliyin sürətlə artması ilə əlaqədardır. İnsanların vəziyyəti qəbul etməməsi, karantin davranışlarına riayət olunmaması acınacaqlı vəziyyət yaradıb.
Bunu Azvision.az -a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, koronaviruslu xəstələrin müalicəsi üçün ayrılan xəstəxanalarda 7 min çarpayı fondu var, onlar dolsa, insanlar harada müalicə alarlar.

"Yoluxma sayının artması ilə əlaqədar bəzi xəstələrin ev şəraitində müalicə məsələsi aktuallaşıb. İtaliyada belə olmuşdu və böyük ajiotaj yaratmışdı. Abşeron yarımadasında 60 faizdən çox yoluxma var. Bu səbəbdən sərt karantin rejimi elan edildi".

A.Qeybulla bildirib ki, sərt karantin tədbirləri insanlar arasında təmasların azalmasına yönəlib. Vətəndaşların qaydalara əməl etməməsi isə yoluxma sayının artması ilə nəticələnir.

"İnsanlar karantin qaydalarının şərtlərinə ciddi əməl etməlidir. Qaydaları pozmaq üçün yollar axtarmamalıdır. Bütün şərtlərə əməl edilməsi vacibdir. Vətəndaşlar vəziyyətin ciddiliyini başa düşməli, buna uyğun hərəkət etməlidirlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Karantin   Koronavirus  





Xəbər lenti