`Korrupsiya bütün sahələrdə azalıb`

`Korrupsiya bütün sahələrdə azalıb`
  17 Yanvar 2014    Oxunub:3615
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bu gün baş tutan hesabat konfransında idarənin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər.

AzVision.az-ın məlumatına görə, Vüsal Hüseynov bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir ki, “Transparency International” təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri” adlı hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu təsdiq edib:

“Çoxsaylı araşdırmalar və təhlillərə əsasən tərtib edilmiş hesabatın nəticələrinə görə, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalıb. Bununla yanaşı, “Transparency İnternational”ın təqdim etdiyi 2013-cü ilin “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycan əvvəlki illə müqayisədə 12 pillə irəliləməklə qiymətləndirmə balı 28 olub, bununla da ölkəmiz son illər ərzində korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləyişini davam etdirməklə indeksə daxil edildiyi 2000-ci ildən olan müddətdə ən yüksək nəticəni göstərib”.

Vüsal Hüseynov onu da vurğulayıb ki, hesabatda qeyd olunan tövsiyələrin icrası istiqamətində tədbirlər həyata keçirilir: `Əvvəlki hesabatda göstərilən 19 tövsiyədən yerinə yetirilməyəni qalmayıb. Bu, çox müsbət haldır və dövlətin yanaşmasının göstəricisidir`.

Vətəndaş cəmiyyəti üzvlərinin korrupsiyaya qarşı mübarizə sahəsində işitrakı ilə bağlı məsələlərə toxunan V.Hüseynov Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planlarının hazırlanması, Komisiyanın fəaliyyətinə QHT-lərin cəlb edilməsi, birgə ictimai dinləmələrin təşkil edilməsi, dövlət tərəfindən QHT-lərə dəstək göstərilməsi məsələlərini vurğulayıb. O, həmçinin `ASAN Xidmət`in fəaliyyətini əsas məqsədinin vətəndaşlara dövlət xidmətlərin asan və vaxt itikisi olmadan yeni mühitdə təqdim etməsi olmasını qeyd edib.

Fatimə Kərimli
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti