“İlk növbədə, işğal altındakı torpaqlar azad edilməlidir” - Cavad Zərif

 “İlk növbədə, işğal altındakı torpaqlar azad edilməlidir” -   Cavad Zərif
  01 Noyabr 2020    Oxunub:3489
İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təklif etdiyi plana əsasən, ilk növbədə, işğal edilmiş ərazilər azad edilməlidir.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dövlət televiziyasına müsahibəsində deyib. O bildirib ki, ərazilər azad edildikdən sonra hər iki tərəf atəşkəs rejiminə sadiq qalacaqlarını bəyan etməlidir.

Nazir qeyd edib ki, İran sərhədi yaxınlığında gedən hərbi əməliyyatlarda terrorçu qruplaşmaların iştirakına imkan verməyəcək.

Onun sözlərinə görə, rəsmi Tehran münaqişənin sülh yolu ilə həlli üçün fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna rəqib olmadan sabitliyi bərpa etməyə cəhd edir. Danışıqlar 30 ildir nəticəsiz davam edir. İranın təklifi sadəcə olaraq müvəqqəti sülh yaratmaq deyil, işğal altındakı torpaqların azad edilməsindən və bölgə xalqlarının təhlükəsiz yaşaması üçün zəmanət verilməsindən ibarətdir. Tərəflər Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin olunacağına dair zəmanət verdikdən sonra münaqişə region dövlətlərinin iştirakı ilə həll olunar.

M.C.Zərif İranın irəli sürdüyü təklifin Prezident Həsən Ruhaninin xüsusi nümayəndəsi Seyid Abbas Əraqçı tərəfindən Azərbaycan, Ermənistan, Rusiya və Türkiyənin siyasi rəhbərliyinə çatdırıldığını bildirib.

Azvision.az


Teqlər: Azərbaycan   İran  





Xəbər lenti