Dronla qumbaranı səngərə atdı - VİDEO

   Dronla qumbaranı səngərə atdı -    VİDEO
  08 İyun 2022    Oxunub:1768
Ukrayna müharibəsinə aid yeni maraqlı kadrlar yayılıb. AzVision.az xəbər verir ki, yerli medianın təqdim etdiyi videoda 24-cü əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçilərinin uğurlu dron əməliyyatı əks olunub.
Ukraynalı hərbçidən inanılmaz dron dəqiqliyi - VİDEO
Saytlar artıq qumbaralar və kiçik minamyot mərmiləri buraxa bilən kvadrokopterlərin rusların kabusuna çevrildiyini yazıb. Qeyd edilir ki, bundan öncə də məlum dron əməliyyatına bənzər uğurlu hücumlar reallaşdırılırb. Görüntülərdə operatorun qumbaranı zərgər dəqiqliyi ilə səngərin hərbçilər gizlənən hissəsinə atması əks olunub.

Qeyd edək ki, bu üsul müasir müharibələrdə ilk dəfədir ki, istifadə edilir. Əsgərlər adi kvadrakopterlər və ya kiçik hərbi dronlara əl qumbaraları, hətta kiçik ölçülü minamyot mərmilərini bağlayaraq düşmən mövqelərinin üzərindən onu aşağı buraxırlar. Nəticədə heç bir itki vermədən həm hərbi texnikaları vurur, həm də canlı qüvvəni məhv edirlər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Dron   Ukrayna   Səngər  





Xəbər lenti