"Lənkəranda festival keçirmək əsas arzularımdan idi"- Nigar Əmirbəyova

   "Lənkəranda festival keçirmək əsas arzularımdan idi"-    Nigar Əmirbəyova
  28 Oktyabr 2023    Oxunub:4106
"Üç ildən çoxdur ki, Lənkəranda belə bir festivalın keçirilməsi əsas arzularımdan biri idi". Bunu Lənkəranda təşkil olunan "Bir Cənub Şəhərində” adlı qastronomik festival haqqında danışan "Diyar.az” layihəsinin rəhbəri Nigar Əmirbəyova deyib.
O qeyd edib ki, festivala qatılan qonaqlar əsasən Bakıdan gəliblər. Tədbirdə təqdim olunan təamlar isə festivalda hazırlanır:
Lənkəranda möhtəşəm qastronomik festival keçirilir - FOTOLAR
- Aşpazlar Lənkəranı təmsil edirlər. Festival çərçivəsində bizimlə əməkdaşlıq edən tərəfdaşlarımızın əksəriyyəti cənub zonasından olan şirkətlərdilər. İki böyük çay şirkəti olan "Astaraçay", "Lənkərançay" da burada təmsil olunurlar. Onlar bazarda öz sözünü demiş brendlərdir. Bildiyiniz kimi, onlar yerli çay istehsal edirlər. Qonaqlarımız bu gözəl çay növlərini artıq dadıblar. Bundan başqa, çaxır şirkəti olan tərəfdaşımız tədbirdə aktiv iştirak edir. Həmişəki kimi Lənkəran Peşə Liseyi də bizimlə bərabər festivalda təmsil olunur.

Nigar Əmirbəyova deyib ki, festivala Lənkəranın 15 ən peşəkar aşpazının qatılması da təqdir olunmalıdır: "Lənkəranın gözəlliklərindən biri də məhz zəngin qastronomiyasıdır. Çalışdıq ki, Lənkəranın yeməklərini, şirniyyatlarını qonaqlara göstərək. Əsasən də isti yeməklərini, plov növlərini, ləvəngini təqdim edək. Təxminən 10 növ plov var".

Tural Tağıyev
AzVision.az





Teqlər:   Festival  



Xəbər lenti