Kardinal Kuvakad: “Azərbaycanla Müqəddəs Taxt-Tac arasında ortaq inam möhkəmlənir”

   Kardinal Kuvakad:    “Azərbaycanla Müqəddəs Taxt-Tac arasında ortaq inam möhkəmlənir”
  18 İyun 2026    Oxunub:233
İyunun 18-də, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq Mərkəzi Dikasteriyasının rəhbəri, kardinal Corc Kuvakadla görüşüb. Görüşdə hökumət nümayəndələri, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbər və nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Ali qonağı salamlayan Bütün Qafqazın Şeyxi Müqəddəs Taxt-Tacla Azərbaycan arasındakı əlaqələrə toxunaraq, bu əlaqələrin hələ Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, məhz onun dəvəti ilə Papa Fransiskin Azərbaycana səfərini xüsusi olaraq vurğuladı.Allahşükür Paşazadə onu da qeyd etdi ki, keçmiş Sovet Respublikaları arasında Azərbaycan yeganə ölkədir ki, bura iki Papa müxtəlif vaxtlarda səfər ediblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində bu gün iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Allahşükür Paşzadə Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi olaraq qeyd etdi:“Burada Heydər Fondunun da fəaliyyəti çox yüksək qiymətləndirilməlidir. Mehriban xanım Əliyevanın gördüyü işlər və oradakı kilsələrin təmiri və katakombaların bərpasını mən özüm görmüşəm. Bu bir daha onu sübut edir ki, biz dünyada qurucu dövlətik.Biz kilsələri də məscidlər kimi təmir edirik”.


Daha sonra Azərbaycanda olmağından məmnunluğunu ifadə edən Kardinal Kuvakad səmimi qəbula və dini icmalar arasında mövcud olan münasibətlərlərə görə dərin minnətdarlığını bildirdi. Dinlərarası Dikasteriyanın rəhbəri Azərbaycanla Vatikan münasibətlərinə də toxundu: “İllər ərzində Müqəddəs Taxt-Tac ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət və əməkdaşlıq əsasında davamlı şəkildə inkişaf etmişdir.

Müqəddəs İohan Pavelin 2002-ci ildə, Papa Fransiskin isə 2016-cı ildə Azərbaycana səfərləri, həmçinin çoxsaylı görüşlər icmalarımız arasındca əlaqələri daha da möhkəmləndirmişdir. 2011-ci ildə imzalanmış ikitərəfli saziş və ötən il dini əməkdaşlıq sahəsində imzalanmış anlaşma memorandumu münasibətlərimizin müham mərhələləridir. Bu sənədlər dialoqun sadəcə fikir mübadiləsi deyil, anlaşma, etimad və əməkdaşlığa aparan yol olduğunu, ortaq inamımızI təsdiqləyir.” Daha sonra Milli Məclisin sədr müavini Musa Qasımlı və millət vəkili Səməd Seyidov çıxış etdilər. Rəsmi hissədən sonra Bütün Qafqazın Şeyxinin adından ali qonağın şərəfinə ziyafət verildi.

Qeyd edək ki, Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti, Kardinal Corc Kuvakad iyunun 16-da Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyevlə Kardinal Kuvakad arasında ikitərəfli əlaqələr müzakirə olunub. İyunun 17- və 18-də Dikasteriya rəhbəri ,Şəki və Qəbələ şəhərlərinə gedərək orada mövcud olan tarixi memarlıq abidələri və qədim alban kilsələrinə baş çəkib.


Teqlər: Din  



Xəbər lenti