Bakıda Özbəkistan bayrağı endirildi

Bakıda Özbəkistan bayrağı endirildi
  03 Sentyabr 2016    Oxunub:8149
Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
Səfirlikdən AzVision.az-a verilən xəbərə görə, artıq səfirlikdə dövlət bayrağı yarıya qədər endirilib.

Qeyd edək ki, Özbəkistan Prezidenti İslam Kərimov ötən gün 79 yaşında vəfat edib. Dövlət başçısının ölümü ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan edilib.

İslam Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti