Erməni hərbçilər qəzaya düşdü - Yaralılar var (FOTOLAR)

  12 Yanvar 2018    Oxunub : 2838
Erməni hərbçilər qəzaya düşdü - Yaralılar var (FOTOLAR)
Ermənistanın Müdafiə Nazirliyinə məxsus “ZİL-131” markalı yük avtomobili qəza törədib.

AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, qəza bu gün saat 14:30 radələrində Yerasxavan-Zanqakatun yolunda baş verib.
Məlumata görə, "Opel" markalı avtomobil Yerasxavan inzibati ərazisində “ZİL-131”-lə toqquşub. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 3 nəfər Ararat rayon tibb mərkəzinə təxliyyə edilib.



İlkin məlumata görə, qəzaya “Opel”in sürücüsü səbəb olub. Qəza zamanı "ZİL"-də olan erməni hərbçilərdən neçəsinin yaralanması haqda məlumat verilməyib.






AzVision.az

Teqlər: Ermənistan   Qəza