`Azərişıq`ın sayğacları yanıb

`Azərişıq`ın sayğacları yanıb
  03 Oktyabr 2016    Oxunub:2321
Paytaxtda “Azərişıq” ASC-yə məxsus 31 ədəd elektrik sayğacı yanıb.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bakı şəhəri, Nərimanov rayonunda “Azərişıq” ASC-yə məxsus “UAZ” markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 31 ədəd elektrik sayğacı və 2 ədəd sürətçıxardan yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti