Toyda gəlinin atası bıçaqlandı - Video

Toyda gəlinin atası bıçaqlandı - Video
  04 Oktyabr 2016    Oxunub:1888
Şəmkirdə toy şənliklərinin birində kütləvi dava baş verib.
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, rayon sakini Razim Rzayev ağır dərəcəli sərxoşkən qonşusu Azər Qasımovun qızının toyunda dava salıb.

Gəlinin atası və bibisinin həyat yoldaşının meydanda rəqs etməsi spirtli içkinin təsirində olan Razimin xoşuna gəlməyib. O, gəlinin atası 46 yaşlı Azər Qasımovu bıçaqla ölümcül yaralayıb. Ailənin yaxın qohumu Etibar Məmmədhəsənova isə soyuq silahla müxtəlif bədən xəsarətləri yetirib.

Hər iki yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan Azər Qasımovun vəziyyətinin ağır olduğu bildirilir. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları Razim Rzayev axtarır.



AzVision.az


Teqlər:  





Xəbər lenti