Toya hazırlaşan gənc 52 yaşlı qadını öldürdü
Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 21 yaşlı Pənah Rövşən oğlu Hüseynov idarə etdiyi “Opel Vectra” markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət zolağı ilə gedən Zaqatala sakini Gülmayə Məhəmməd qızı Həzrəyevanı vurub.
Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Gülmayə Həzrəyeva Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Qeyd edək ki, qəzanı törədən 21 yaşlı Pənah Hüseynovun iki gün sonra toyu olmalı idi.
AzVision.az
Teqlər: