Sabunçuda 3 otaqlı ev yanıb

Sabunçuda 3 otaqlı ev yanıb
  07 Oktyabr 2016    Oxunub:1493
Sabunçu rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti