Kişi arvadını və qayınatasını bıçaqladı – Video

Həmin ünvanda yaşayan 55 yaşlı İlqar İsmayılov və qızı 22 yaşlı Nəsibə İsmayılova bıçaqlanıb. Yaralılar dərhal xəstəxanaya gətirilib. Qarın nahiyəsindən xəsarət alan İlqar İsmayılov əməliyyat olunub. Nəsibə İsmayılovanın vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb. Hadisə barədə məlumat alan 29-cu polis bölməsinin əməkdaşları araşdırmalara başlayıb. Polisə ifadə verən Nəsibə İsmayılovanın sözlərinə görə, onu və atasını həyat yoldaşı bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
AzVision.az
Teqlər: