Xəzərdə batan balıqçının cəsədi tapılıb
Bu gün 1962-ci il təvəllüdlü, Rəqibov Xalıq Sabir oğlunun cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:35-də başa çatıb.
***
Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb.
Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.
AzVision.az