Türkiyədə qanlı terror - 18 ölü, 26 yaralı (Yenilənib)

Türkiyədə qanlı terror - 18 ölü, 26 yaralı (Yenilənib)
  09 Oktyabr 2016    Oxunub:64509
Türkiyənin Hakkari bölgəsinin Şemdinli ərazisindəki Şemdinli-Yüksekova yolunda yerləşən hərbi postun qarşısında ağır terror aktı törədilib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bomba qoyulmuş avtomobilin partladılması nəticəsində 8 əsgər şəhid olub, aralarında mülkü şəxslərin də olduğu 5 nəfər yralanıb.

Partlayışdan sonra bölgəyə çoxlu sayda təcili yardım maşınları göndərilib.

***

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində Durak Jandarma hərbi postuna bomba yüklü avtomobilə hücum nəticəsində şəhid olan əsgərlərin sayı 9-a çatıb.

Bu barədə CNN Türk telekanalına Hakkari Valiliyinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində 8 mülki şəxs də həyatını itirib. Valilik partlayış nəticəsində 11-i əsgər olmaqla, 27 yaralının da olduğunu açıqlayıb.

Qeyd edək ki, partlayış Şəmdinli qəsəbə mərkəzindən 20 km uzaqlıqda magistral yol üzərində olan Durak Jandarma hərbi postunun önündə avtomobillər yoxlanarkən törədilib.

***

Anadolu agentliyinin Türkiyə Silahlı Qüvvələrinə istinadla yaydığı son məlumata görə, avtomobilə yüklənmiş partlayıcının işə salınması nəticəsində 10 əsgər və 8 mülki şəxs həlak olub, 26 nəfər yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti