Daha bir jurnalistin evini yardılar
“Evə gəldik, gördük ki, evi yarıblar. Ehtiyatlı olun, dostlar”-deyə yazıb.
Zərərçəkmiş jurnalist evindən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlandığını söyləyib .Oğrular mənzilə pəncərəni sındırıraq daxil olublar.
Jurnalist Aydın Piriyevin müraciəti əsasında faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.
Qeyd edək ki, Aydın Piriyev AzTV-də efirə gedən “Parlaq zəka” verilişinin aparıcısı və layihə rəhbəridir.
AzVision.az