Ağcabədidə 6 otaqlı ev yanıb

Ağcabədidə 6 otaqlı ev yanıb
  11 Oktyabr 2016    Oxunub:1043
Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 270 m² olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 126 m² yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti