670 bal toplayan tələbə özünü öldürdü - Yenilənib

670 bal toplayan tələbə özünü öldürdü - Yenilənib
  11 Oktyabr 2016    Oxunub:15215
Bakıda dəhşətli intihar hadisəsinin bəzi təfərrüatları məlum olub. Özünü 11-ci mərtəbədən atan Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlunun atası danışıb.
AzVision.az-ın sputnik.az-a istinadən verdiyi məlumata görə, tələbənin atası Abbasov bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. O, istintaqa deyib ki, oğlu əlaçı tələbə idi:

"Bizə birdən məlum oldu ki, onun 6 fənin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".

***
Bakıda dəhşətli intihar hadisəsi baş verib.

AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Maarif Hüseyn oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

Qeyd edək ki, M.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti