Şəki səhəri yanğınla açdı, bazar külə döndü - Video

Şəki səhəri yanğınla açdı, bazar külə döndü - Video
  12 Oktyabr 2016    Oxunub:2490
Sahibkarlara külli miqdarda ziyan dəydiyi ehtimal olunur.
AzVision.az ARB Şəki-yə istinadən xəbər verir ki, Şəki səhəri yanğın xəbəri ilə açıb. Səhər saatlarında bazarda başlayan yanğın az müddətdə geniş əraziyə yayılıb. Yanğını söndürmək üçün dərhal hadisə yerinə Şəki DYMH-nin canlı qüvvəsi və texnikası ilə yanaşı Qax və Evlax rayonlarından da DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

Hələ ki, yanğının qarşısını almaq mümkün olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində səy göstərilir. Yanğının söndürülməsi üçün mülkü vətəndaşlar da kömək göstərir.

Son məlumatlara görə, yanğın 1000 kv.m ərazini əhatə edir. Sahibkarlara küllü miqdarda ziyanın dəydiyi ehtimal olunur.



AzVision.az


Teqlər:





Xəbər lenti